Ukrayna Rusiyada böyük zavodu vurub | VİDEO

Ukrayna Rusiyada böyük zavodu vurub    | VİDEO
  12 Noyabr 2025    Oxunub:639
Noyabrın 12-nə keçən gecə Ukraynaya məxsus PUA-lar Stavropoldan 200 km aralıda yerləşən Budyonnovsk şəhərinə zərbələr endirib.
AzVision.az “The Moscow Times” nəşrinə istinadən xəbər verir ki, Stavropol diyarının qubernatoru Vladimir Valdimirovun sözlərinə görə, pilotsuz təyyarələrin qalıqları şəhərin sənaye zonasına düşərək yanğına səbəb olub.

“Əməliyyat məlumatlarına görə, tələfat yoxdur, yaşayış binalarına ziyan dəyməyib, həyati təminatı sistemləri normal işləyir. Sənaye zonasında baş verən açıq yanğın söndürülüb. Bölgədə saat 1:00-da elan olunan PUA uçuşu təhlükəsi təxminən beş saat davam edib”, - qubernator öz Telegram-kanalında yazıb.

Rusiyanın Müdafiə nazirliyi, öz növbəsində, ötən gecə hava hücumundan müdafiə (HHM) qüvvələrinin Stavropol diyarında Ukraynaya məxsus 4 pilotsuz uçan aparatı ələ keçirdiyini bildirib.

Ukrayna kanallarının yerli sakinlərə istinadən yaydığı məlumata görə, zərbələr Rusiyanın “Lukoyl” enerji şirkətinə daxil olan “Stavrolen” neft-kimya zavoduna dəyib.

- Zavod Rusiyanın əsas polietilen və polipropilen istehsalçılarından biridir. 2021-ci ildə satış həcminə görə Şimali Qafqaz Federal Dairəsinin 100 ən böyük şirkəti reytinqində üçüncü yeri tutur”, - “Ekspert Yuq” nəşri vurğulayır.

Hesablamalaraq görə, “Stavrolen” ildə təxminən 340 min ton etilen, 319 min ton polietilen və 113 min ton polipropilen edir ki, bunlardan da borular, plyonkalar, kabel izolyasiyası, boya və laklar istehsalında istifadə olunur. “Krımski Veter” portalı müəssisənin “Rusiya hərbi-sənaye kompleksinin maraqları çərçivəsində” fəaliyyət göstərdiyinə diqqət çəkir.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   Rusiya   zərbələr  



Xəbər lenti